Xəbərlər

Füzulidə “Yaşa Azərbaycan” adlı festival keçirilib
26 may, 2017 13:45

Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş  “Yaşa Azərbaycan” adlı festival keçirilib.

1news.az-ın məlumatına görə, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, “Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, “ASAN Könüllüləri” təşkilatı, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar əvvəlcə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edərək burada həyata keçirilən yenidənqurma və tikinti işləri ilə tanış olublar.

Tədbir iştirakçıları ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüb, onlara göstərdikləri şücaətə görə təşəkkür bildiriblər. Həmçinin “Əsgərə Məktub!” layihəsi vasitəsilə vətəndaşların, eləcə də “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblilərin yazdıqları dəstək məktubları əsgərlərə təqdim olunub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Cahangir Hacıyev çıxış edərək il ərzində ikinci dəfədir ki, Cocuq Mərcanlıya səfər etdiklərini bildirərək ilk səfərlərinin mart ayında baş tutduğunu xatırladıb.

Əsgərlərimizin şücaətindən danışan C.Hacıyev növbəti festivalın tezliklə Şuşada qeyd ediləcəyinə əminliyini ifadə edib:

“Ordumuz getdikcə güclənməkdədir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı azad etməyə qadirdir”.

Cocuq Mərcanlı kənd nümayəndəsi Oqtay Həziyev bu cür görüşlərin əsgərlərimizdə ruh yüksəkliyini daha da artırdığını bildirərək tədbir iştirakçılarına təşəkkür edib.

Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev də aprel döyüşlərinin əhəmiyyətindən danışaraq, uşaqların vətənpərvər ruhda böyümələri üçün təşkil olunan aksiyanın vacibliyini vurğulayıb.

Sonra “ASAN Könüllüləri” təşkilatının üzvü Günay Qarayeva 6-cı sinif şagirdi Kəmaləddin Babayevin əsgərlərimizə xitabən yazdığı məktubu oxuyub.

“ASAN Məktub” layihəsi isə uşaqların sevincinə səbəb olub. Belə ki, Füzuli rayonunun cəbhə xəttində yerləşən Qazaxlar kənd tam orta məktəbində uşaqların www.asanmektub.az saytı vasitəsilə vətəndaşlara ünvanladıqları məktublara cavab olaraq alınmış hədiyyələr onlara verilib. Eyni zamanda, Bilik Fondu tərəfindən məktəblilərə müxtəlif mövzulu kitablar da hədiyyə edilib.

Bundan başqa “Yaşıl ASAN” təşəbbüsü “Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi ilə birgə “Qarabağa doğru” ekoloji layihə çərçivəsində məktəblilərə təlim keçirib, ağacəkmə aksiyası təşkil olunub.

Əsas mövzusu “Ekoloji marifləndirmə” olan bu  görüş cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədi daşıyıb.

Horadiz şəhərində ASAN könüllülərinin ifasında rejissor Anar Sadıqovun “Vətən daşları” tamaşası təqdim edilib. Tamaşada yaşadığı bütün ağrı və acılara baxmayaraq, hələ də ürəyi Vətən üçün döyünən atanın, həyatlarını fəda edəcək qədər cəsur övladların və bütün bunların ağrısını qəlbində daşıyan bir ananın acı, lakin bir o qədər də ibrətamiz həyatından bəhs olunur.

“Mədəniyyət carçısı” və “Məktəblinin dostu” layihəsi ilə birgə hazırlanan Cəlil Məmmədquluzadənin “Poçt qutusu” tamaşası da böyük marağa səbəb olub.

Sonra ASAN könüllüləri və N saylı hərbi hissənin əsgərləri əllərində üçrəngli bayrağımızla Qəhrəmanlar parkından Heydər Əliyev adına parka yürüş ediblər.

“Yaşa Azərbaycan” adlı festival Horadiz şəhərindəki Heydər Əliyev adına parkda davam etdirilib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxış edərək, Azərbaycan Demokratik Respublikasının yaranmasından və fəaliyyətindən, dövlətçilik tariximizdə rolundan danışıblar.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Çıxışlardan sonra festival tanınmış və gənc müğənnilərin ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.