Xəbərlər

“Moody’s” Azərbaycan iqtisadiyyatının bərpasının şərtlərini açıqlayıb
25 may, 2017 12:46

Neftin bahalaşması Azərbaycan iqtisadiyyatının bərpasını sürətləndirəcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Bakıda keçirilən “Moody`s Annual Azerbaijan Summit” adlı tədbirdə “Moody’s” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Pyotr Paklin bildirib.

“Bizim hesablamalarımıza əsasən, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1% geriləyəcək, 2018-ci ildə isə ÜDM 1,8% artacaq. Neftin 1 barelinin qiyməti 50 dollardan çox olduğu halda Azərbaycan hökuməti sərt iqtisadi rejimdən imtina edə və dövlət investisiya qoyuluşunu artıra bilər. Bu isə iqtisadiyyatın bərpasını sürətləndirəcək”, - deyə P.Paklin qeyd edib.

Bununla yanaşı, vitse-prezident əlavə edib ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası iqtisadiyyatın bərpasını zəiflədə bilər. “Bank sektorunda manat likvidliyi çatışmazlığı mövcuddur. Bu isə kreditləşməni məhdudlaşdırır. Belə ki, dollarla kreditləşməyə maraq olduqca aşağı səviyyədədir”, - deyə o bildirib.

Analitikin sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı manatın devalvasiyasını gecikdirib: “Azərbaycanın qonşuları və əsas ticarət tərəfdaşları devalvasiyanı daha tez, yəni vaxtında edib. 2016-cı ilin payızında isə Azərbaycan monetar siyasəti sərtləşdirib. Başqa sözlə, monetar siyasətin sərtləşdirilməsi devalvasiyadan təxminən 1 il sonra baş tutub. Bu addım da gecikmiş hesab olunur”.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.