Prezident səfiri geri çağırdı
25 may, 2017 18:49
Prezident İlham Əliyev Azərbaycanın İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Akif oğlu Zeynallı vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
1news.az-ın məlumatına görə, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
1news.az-