Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək dolu gözəl arzularımı çatdırıram”.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə Polşa prezidenti Andjey Duda, Litva Respublikasının Prezidenti Dalya Qribauskayte, Çex Respublikasının Prezidenti Miloş Zeman, Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulos, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktum, Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan da təbrik ediblər.
S.Xankişiyeva