Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az-ın məlumatına görə, təbrikdə deyilir :“Hörmətli cənab Prezident, əziz Qardaşım. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Sizin simanızda bütün Azərbaycan xalqını ən səmimi hisslərimlə təbrik edirəm.
Qardaş Azərbaycanın müstəqilliyinin bərpasından ötən müddətdə bütün sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək izləyir, beynəlxalq arenada qazandığı nüfuzlu mövqedən qürur duyuruq. Mən əminəm ki, Sizin qətiyyətli və uzaqgörən rəhbərliyinizlə Azərbaycan gələcəkdə daha mühüm nailiyyətlər qazanacaqdır.
Ölkələrimiz arasındakı əlaqələrin hər sahədə daha yüksək müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluq duyuruq. Ortaq tarix, mədəniyyət və ənənələrlə sıx şəkildə bir-birinə bağlı olan xalqlarımız arasındakı əməkdaşlığın güclü münasibətlərimiz sayəsində hər sahədə daha da dərinləşərək gələcəkdə də uğurla davam etdiriləcəyinə heç bir şübhəm yoxdur.
Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə - əziz Qardaşıma bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin–amanlıq və rifah diləyirəm”.
1news.az