Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
23 may, 2017 10:25
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən bu gün Beyləqan şəhərindəki Gənclər Mərkəzinin binasında keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir vətəndaşları sabah qəbul edəcək.
Qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]
Babək Cahandarov