Mey Mançesterdəki partlayışları “dəhşətli terror” adlandırıb
23 may, 2017 09:49
Böyük Britaniyanın baş naziri Tereza Mey Mançesterdə baş verən iki partlayışı " dəhşətli terror aktı” adlandırıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə baş nazirin dəftərxanasının yaydığı kommyünikedə deyilir.
"Biz polisin çox dəhşətli terror aktı adlandırdığı hadisə üzərində işləyirik", - kommyünikedə deyilir.
Qeyd edək ki, bu gecə İngiltərənin Mançester şəhərində "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariane Qrandenin konsertində iki partlayış baş verib. Partlayış nəticəsində 19 nəfər həlak olub, 59 nəfər isə yaralanıb.
S.Xankişiyeva