Mayın 22-si axşam saatlarında “Mançester Arena”da keçirilən konsert zamanı partlayış baş verib.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış səsləri amerikalı müğənni Ariana Qrande son mahnısını bitirərək səhnəni tərk etdikdən sonra eşidilib. Bu zaman işıqlar sönüb, insanlar təşviş içərisində çıxışa doğru qaçmağa başlayıblar. Hadisə yerinə polis və “təcili yardım” avtomobilləri cəlb olunub.
İlkin məlumata görə, partlayış zamanı 19 nəfər ölüb, 59 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha 5 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.
Bəzi saytlar isə ölü və yaralı sayının daha artıq olduğunu yazırlar.
Polis digər fərziyyələr ortaya çıxana qədər hadisəni terror aktı kimi nəzərdən keçirir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Babək Cahandarov