Tarif (qiymət) Şurasının mayın 23-də keçirilən növbəti iclasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq yeni qeydiyyatdan keçmiş 200-ə yaxın dərman vasitəsinin qiyməti təsdiqlənib.
1news.az-ın Şuraya istinadən verdiyi xəbərə görə, ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10361 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlar ilə saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Babək Cahandarov