Nazir: "İslamiadanın açılış və bağlanışına 20 milyon dollar ayrılmışdı"
23 may, 2017 17:03
IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsinə 20 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulmuşdu.
1news.az Apa-ya istinadla xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, işlər tam yekunlaşdıqdan sonra son mərhələdə açılış və bağlanış mərasimlərinin keçirilməsinə xərclənən vəsaitin tam həcmi açıqlanacaq.
1news.az