"Bakı2017"nin bağlanış mərasimi “Birlik” adlı konsertlə yekunlaşıb
22 may, 2017 23:12
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində “Birlik” adlı konsertlə başa çatıb.
1news.az-ın məlumatına görə, tamaşaçılar qarşısında Miri Yusif, Səmra Rəhimli, Nigar Camal, Səbinə Babayeva və Eldar çıxış edib.
Natiq ritm qrupunun ifasında “Qarabağ” mahnısı səsləndirilib.
Müğənni Tünzalə Ağayeva “Sürət – 2017 Azərbaycan Qran-Prisi” mahnısını səsləndirərkən 30 səhnə iştirakçısı Bakı şəhər halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs edir.
Müğənni “Birlik” konsertini “Bakı-2017” könüllülərinə həsr olunmuş “Salam Bakı” himni və “Mən Azərbaycanlıyam” mahnısı ilə yekunlaşdırıb.
Yaddaşlarda dərin iz qoyan, tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı