Bakıda yanğın, iki qardaş öldü
22 may, 2017 18:42
Bakıda yaşayış binasında yanğında ölən qardaşların şəxsiyyəti müəyyənləşib.
1news.az Apa-ya istinadla xəbər verir ki, yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.
Qeyd üdək ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
1news.az