Almaniyada bomba həyacanı
22 may, 2017 16:34
Almaniyada bomba həyəcanı səbəbiylə Sosial Demokrat Partiyasının binası boşaldılıb.
1news.az cnnturk-ə istinadla xəbər verir ki, polisin apardığı araşdırma nəticəsində həyəcana səbəb olan taxta sandığın təhlükəsiz olduğu müəyyən edilib.
İki saata yaxın davam edən gözləmədən sonra partiya binasına giriş çıxışlara icazə verilib.
Binada 24 sentyabr seçkiləri üçün partiya proqramının müzakirəsi zamanı poçt mərkəzinə gələn taxta sandıq bomba həyacanına yol açıb.
Pərvanə Sultanova