Birinci vitse-prezident İslamiadanın qadın güləşçilərini mükafatlandırıb
21 may, 2017 19:39
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 69 və 48 kq çəki dərəcəsində qalib gələn qadın güləşçilərin mükafatlandırma mərasimləri keçirilib.
1news.az-ın məlumatına görə, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.
69 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Elis Manolova, 48 kq-da isə digər güləşçimiz Mariya Stadnik birinci olub.
Çempion idmançılarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
1news.az