Azərbaycan suya tullanma yarışında daha bir qızıl medal qazanıb
21 may, 2017 18:13
Azərbaycan suya tullanma yarışında daha bir qızıl medal qazanıb.
1news.az-ın məlumatına görə, təmsilçimiz Olqa Bıkovskaya 3 m tramplindən tullanma yarışında 223.10 xalla birinci olub.
Türkiyəli Yaprak Seli Keskin ikinci (177.40 xal), indoneziyalı Della Harimurtu isə üçüncü (168.75) yeri tutub.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
1news.az