İcra başçısının müavini ürəktutmadan keçinib
20 may, 2017 20:25
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşov vəfat edib.
1news.az “Report”a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü İlqar Dadaşov Lənkərandan Bakıya gedərkən yolda ürəktutmadan keçinib.
Qeyd edək ki, mərhum 2005-ci ildən bu vəzifədə çalışırdı.
1news.az