Xəbərlər

Səfir: "Fransa iqtisadiyyatın diversifikasiyasında Azərbaycana dəstək olmaq istəyir"
19 may, 2017 00:01

“Azərbaycan-Fransa münasibətlərdə dinamizm mövcüddur”.

1news.az-ın məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez Bakıda səfərdə olan fransız şirkətləri nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O, CaspianAgro sərgisinin uğurla keçməsi münasibətilə Azərbaycanı təbrik edib. Diplomat bildirib ki, Fransanın 7 şirkətinin təmsilçiləri mayın 15-dən 19-dək Azərbaycanın kənd təsərrüfatı potensialı ilə tanış olmaq və işgüzar əlaqələr qurmaq məqsədi ilə Bakıda səfərdədirlər.

Ötən ilin dekabrında Azərbaycan-Fransa birgə iqtisadi komissiyanın iclasının keçirildiyini xatırladan Buşez, həmin iclasda iqtisadiyyat naziri Şahin Mustafayevin iştirak etdiyini deyib. O, Prezident İlham Əliyevin Fransaya rəsmi səfərini xüsusilə qeyd edib.

"Enerji sektoru da bizim ikitərəfli əlaqələrimizdə böyük rol oynayır. Azərbaycan iqtisadiyyatının diversifikasiyasını həyata keçirir. Fransa bu sahədə Azərbaycana dəstək olmaq istəyir. Fransa Azərbaycan üçün çox önəmli işlər həyata keçirə bilər.

Fransa şirkətləri Avropanın ən öndə gedən şirkətləri sırasındadır. Avropa İttifaqının istehsalının 18 faizi Fransanın payına düşür. Fransa ilə Azərbaycan bağçılıq, üzümçülükdən başqa digər sahələrdə də fəal əməkdaşlıq edə bilər. Bu gün Fransadan Azərbaycana yeddi şirkət gəlib. Bunlar üzümçülük, bağçılıq və digər sahələrdə ixtisaslaşan şirkətlərdir. Bu görüşdən sonra nümayəndələr Azərbaycanın rayonlarına səfər edəcəklər. Səfərdə əsas məqsəd Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı ilə tanış olmaqdır ", səfir vurgulayib.

Tədbirdə çıxış edən ayrı-ayrı fransız şirkətlərinin nümayəndələri bildiriblər ki, bu səfər təcrübə mübadiləsinin aparılması, həmçinin Azərbaycan bazarlarına çıxmaq üçün bir fürsət yaradacaq.

Pərvanə Sultanova

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.