Çin neftçiləri dünyada ilk dəfə olaraq “yanan buz” adlandırılan təbii qaz hidratını hasil etməyə nail olublar.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Çin hökumətinin saytında dərc olunan məlumata görə, təbii qaz hidratı zəngin və effektiv alternativ enerji mənbəyidir. O, gələcəkdə bütün dünyada energetikanin inkişafında strateji rol oynaya bilər.
Həmçinin qeyd olunur ki, 20 il davam edən aramsız tədqiqatlardan, geoloji kəşfiyyatlardan, mövcud texnologiyaların inkişaf etdirilməsindən, xüsusi avadanlıqların hazırlanmasından sonra Çin, nəhayət, bu “tarixi uğura” imza ata bilib.
CCTV telekanalı “yanan buz” nümunələrinin Cənubi-Çin dənizi rayonunda, Honkonqdan 285 kilometr məsafədə, dənizin 1266 metr dərinliyindən çıxarıldığı barədə məlumat verib. Mayın 10-dan bəri çinli neftçilər tərkibi 99,5 faiz metan qazından ibarət olan 120 min kubmetr “yanan buz” hasil ediblər.
S.Xankişiyeva