Əfqanıstanın Nanqarhar vilayətinin Cəlilabad şəhərində silahlı şəxslərin Milli Radio və Televiziya binasına hücumu zamanı 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə TASS agentliyi Tolo News telekanalına istinadla məlumat yayıb. Basqın zamanı həlak olanların dördü teleradio şirkətinin, ikisi isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
Hücum teleradio şirkətinin binasında insanların çox olduğu vaxt baş verib. "Atəş səslərini eşitdikdə telemərkəzi tərk etdik. Lakin heyət hücum vaxtı binada iş yerlərində idi", – deyə şirkətin rəhbərlərindən olan Əmrulla Rəvan bildirib.
Əfqanıstanın təhlükəsizlik qüvvələri 4 saatlıq ağır döyüşdən sonra 3 silahlıdan 2-ni zərərsizləşdiriblər, birini ələ keçiriblər.
Babək Cahandarov