Azərbaycan boksçularının İslamiadada ilk qızıl medalı - FOTO
18 may, 2017 17:40
Mayın 18-də Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında ilk qızıl medalını qazanıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, İslamiadada 60 kiloqram çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev həlledici görüşdə iraqlı Ammar Karbalai ilə qarşılaşıb. Görüşdə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmankuliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər.
S.Xankişiyeva