Bakıda gözəllik salonunun sahibini qarət etdilər
18 may, 2017 15:31
Bakıdakı gözəllik salonlarından birinin sahibi qarət olunub.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, mayın 17-də Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva oranın sahibinin içərisində 372 manat və 5 ABŞ dolları pul olan çantasını açıq talama yolu ilə aparıb.
S.Rzayeva Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub.
Babək Cahandarov