“Renessans Palace” premium klass yaşayış kompleksində endirimlə təklif olunan 51 mənzildən satışda cəmi 15-i qalıb.
Mənzillərə möhtəşəm endirim tətbiq olunması ilə əlaqədar olaraq, kampaniyanın elan olunduğu bir ay müddətində mənzillərin böyük hissəsi artıq satılıb.
Qeyd edək ki, “Renessans Palace”-da endirimlə mənzil almaqla alıcı hər 1m² qiymətində 300 AZN, bir mənzilin qiymətində isə 55 000 AZN-dək qazanmaq şansı əldə edir. Beləliklə, kampaniyanın qüvvədə olduğu son 14 gündə mənzil almaqla alıcı 17%-dək qazanc əldə edəcək. Premium klass mənzil arzusunda olan hər bir insan üçün bu, əla fürsətdir. Ancaq bu imkandan istifadə etmək istəyənlər tələsməlidirlər – 31 may kampaniyanın son günüdür.
“Renessans Palace”-da endirimlə təklif olunan mənzillər sizi əsl premium standartlarla təmin edəcək. 1,5 ha sahəsi olan nəhəng parkda yaşıllıqlar, ekzotik ağaclar, süni göl, tennis kortu, idman meydançası, idman qurğuları, qaçış və velosiped zolaqları salınacaq. Premium yaşayış kompleksinin gənc sakinləri üçün uşaq oyun meydançası yaradılacaq.
Qranit daim uzunömürlülük və zənginlik simvolu hesab olunub. Təsadüfi deyil ki, hətta antik dövrlərdə qranitdən inşa edilən tikililər bu günədək öz zahiri görünüşünü qoruyub saxlayıb. Qranit çox bahalı olsa da, “Renessans Palace”-ın tikintisini həyata keçirən “AS Group Investment” şirkətlər qrupu kommersiya mərtəbələrində fasadı bu materialla üzləyib. Bu, kommersiya mərtəbələrində görülən fasad işlərinin qiymətini 8 dəfə, ümumi fasad işlərinin qiymətini 4 dəfə bahalaşdırıb.
“Renessans Palace”-da hətta texnoloji cəhətdən inkişaf etmiş Yaponiyada da tikilinin yüksək statusuna dəlalət edən “Mitsubishi” markalı liftlər sakinlərin xidmətində olacaq. Sürəti 1,75 m/san olan bu liftlər, hər mərtəbəsində maksimum 3-4 mənzil olan “Renessans Palace” yaşayış kompleksinin sakinlərini lift qayğısından azad edəcək.
“Renessans Palace”-da avtomobil üçün də “mənzil” inşa edilib. 3-mərtəbəli yeraltı parkinqdə həm kompleksin sakinləri, həm də qonaqları üçün kifayət qədər parkinq yeri var.
Endirimli mənzilləri həm 100% ödəniş, həm də daxili kreditlə əldə edə bilərsiniz.
Kampaniya haqqında ətraflı məlumatı (+994 12) 538-29-77/78 və (+994 50) 715-88-88 nömrələrdən əldə edə bilərsiniz.
Reklam hüququnda