Məşhur cüdoçumuz karyerasına son qoydu
18 may, 2017 14:44
Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun üzvü Kifayət Qasımova karyerası ilə bağlı qərar qəbul edib.
1news.az-ın Yeniçağ.Az-a istinadla verdiyi xəbərə görə, 34 yaşlı idmançımız karyerasını başa vurub.
“Belə qərara gəlmişdim ki, İslamiadadan sonra karyeramı başa vurum. Artıq bu barədə qərarımı qətiləşdirmişəm, gedirəm. Bunu sizin vasitəsinizlə rəsmən bəyan edirəm. Gələcəklə bağlı planlarımı isə zaman göstərəcək. Bunu indidən demək çətindir”, deyə Qasımova bildirib.
Qeyd edək ki, Pekin və London Olimpiadasının iştirakçısı, Avropa və Dünya çempionatlarının mükafatçısı olmuş Kifayət Qasımova, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Onun karyerası 15 il davam edib.
S.Xankişiyeva