London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov bir illiyinə diskvalifikasiya edilib.
1news.az-ın məlumatına görə, buna səbəb 25 yaşlı güləşçimizin qanında higenamin preparatının tapılmasıdır.
Qeyd edək ki, daha çox çəkini qorumaq üçün qəbul olunan bu dərman ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ilin əvvəlindən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib.
T.Əsgərova tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq. Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.
Qeyd edək ki, diskvalifikasiya olunanların siyasısında daha iki gülşçimizin – Fail İsgəndərov və Zubair Dibirovun da adları var. Onlar müvafiq olaraq 2 və 4 illiyinə bütün yarışlardan kənarlaşdırılıblar.
Xatırladaq ki, Toğrul Olimpiya çempionu olmaqla yanaşı, Rio-2016-da gümüş, Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb.
Babək Cahandarov