Sabiq prezident ağır əməliyyat keçirdi
17 may, 2017 11:49
Ukraynanın ilk prezidenti Leonid Kravçuk ürəyindən ağır əməliyyatı keçirib.
1news.az-ın məlumatına görə, bu barədə “Qordon” saytı na sabiq dövlət başçısına yaxın mənbə xəbər verib.
Kiyevdə Ukrayna Səhiyyə Nazirliyinin Kordologiya İnstitutunda keçirilmiş əməliyyat zamanı onun ürəyinə dörd stent qoyulub.
Kravçuk xətəxanaya daxil olarkən infarkt ərəfəsində olub. Onun üç koronar damarını açmaq mümkün olub. Hazırda sabiq prezidentin vəziyyəti yaxşıdır və palataya köçürülüb.
Kravçuk 1991-1993-cü illərdə müstəqil Ukraynanın birinci prezidenti olub.
Hazırda onun 83 yaşı var.
Pərvanə Sultanova