Fransa hökumətinin yeni tərkibi açıqlandı
17 may, 2017 17:40
Yelisey Sarayının baş katibi Aleksi Koler bu gün Fransa hökumətinin yeni tərkibini açıqlayıb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Fransanın daxili işlər naziri Lion şəhərinin meri Jerar Kolon olub.
Fransanın müdafiə naziri postuna isə Avropa Parlamentinin deputatı Silvi Qular təyin edilib. Keçmiş müdafiə naziri Le Drian isə Fransanın yeni xarici işlər naziri olub.
S.Xankişiyeva