Baş prokuror Zakir Qaralov mayın 26-da Göygöl rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Goranboy, Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 10:00-da başlayacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Göygöl şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-telefonu-və-[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Babək Cahandarov