“Washington Post” təsadüfən Pentaqon başçısının şəxsi nömrəsini dərc edib
16 may, 2017 09:51
“Washington Post” qəzeti təsadüfən ABŞ-ın müdafiə naziri Ceyms Mettisin şəxsi mobil telefon nömrəsini dərc edib.
1news.az xəbər verir ki, bu barədə qəzetə zəng edən Paul Redmond adlı oxucu məlumat verib.
Belə ki, “Washington Post”da dərc edilmiş məqalədə prezident Donald Trampı müşayət edən mühafizəçi Kit Şillerin əlində tutduğu sənədlərin birinin üzərindəki qeyd vərəqində Mettisin adı və mobil telefon nömrəsi yazılıb.
Daha sonra qəzetinin əməkdaşı həmin nömrəyə zəng edib: “Mən zəng etdim. Orda avtomatik cavab verildi. Bu, o idi”.
Məlumata görə, məqalədəki həmin foto silinib.
Pərvanə Sultanova