Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları qəbul edəcək
16 may, 2017 20:56
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 23-də Ağdam rayonu Quzanlı qəsəbəsində Ağcabədi, Tərtər və Ağdam rayonlarının sakinlərini qəbul edəcək.
Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbul Ağdam rayonu Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Əlizadə Nəcəfov
Mob: (050) 315-53-52
Telefon: (021) 27-5-52-00
1news.az