Küveytin Qadın Məsələləri üzrə Komitəsinin sədri Azərbaycan prezidentinin fəxri diplomu ilə təltif edilib
16 may, 2017 19:23
Prezident İlham Əliyev Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabahın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabah “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.
1news.az