Berluskoni Makron haqqında: "...Gözəl bir anaya sahibdir"
16 may, 2017 16:36
Özünün yersiz atmacaları ilə tanınan İtaliyanin keçmiş baş naziri Silviya Berluskoni bu dəfə Fransa prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Briciti hədəf seçib.
1news.az “Sputnik”ə istinadla xəbər verir ki, o, Fransadakı seçkilərə münasibət bildirərkən prezidentlə birinci xanım arasındakı yaş fərqinə lağ edib.
"Makron 39 yaşındadır, işlə bağlı yaxşı bir keçmişə sahibdir və hər şeydən əvvəl daha uşaqkən əlindən tutan çox gözəl bir anaya sahibdir".
80 yaşlı sabiq baş nazir hazırda özündən 49 yaş balaca Franceska Paskal ilə bərabərdir.
Qeyd edək ki, Makronun xanımı özündən 24 yaş böyükdür.
Pərvanə Sultanova