Merkel: "Almaniya "İncirliy"ə alternativ axtarır"
15 may, 2017 16:38
Almaniya Türkiyənin "İncirlik" hərbi bazasındakı qoşunlarının qonşu ölkələrə aparılması üzrə alternativlər axtarmaqda davam edəcək.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
O, alternativ kimi İordaniyanı misal göstərib. Kansler əlavə edib ki, bu, çətin bir prosesdir:
“Biz danışıqları davam etdirəcəyik, lakin paralel olaraq bu mandat əsasında nə edə biləcəyimizi müəyyənləşdirəcəyik. Bu, “İncirlik” üçün alternativ axtarmaq deməkdir. Mümkün alternativlər arasında məsələn, İordaniya var”.
Qeyd edək ki, Türkiyə bu ölkənin deputatlarının "İncirlik" hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməyib.
Pərvanə Sultanova