Sabirabad sakinlərinin evində marixuana və çətənə kolları aşkar edilib
15 may, 2017 16:43
Sabirabad rayon sakinləri evlərində narkotik maddə saxladıqları üçün saxlanılıblar.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, əldə edilən məlumat əsasında Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Azadkənd kəndində yaşayan, əvvəllər məhkum olunmuş Hidayət Məmmədovun evinə baxış zamanı oradan 1 kiloqram 292,38 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona verən həmkəndlisi Ağayar Əliyev də müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı isə 322 qram marixuana aşkar edilərək götürülüb.
Babək Cahandarov