Xəbərlər

Dünya liman rəhbərləri Azərbaycanda toplaşacaqlar
15 may, 2017 16:13

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndə heyəti 90-a yaxın ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors - IAPH) İndoneziyanın Bali şəhərində keçirilən illik konfransında iştirak edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Bakı Limanından bildirilib.

Tədbirin təntənəli açılış mərasimində İndoneziya Liman Korporasiyasının icraçı direktoru Elvyn G.Masassya, Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiago Garcia-Milà qonaqları salamlayıblar. Eyni zamanda tədbir çərçivəsində keçirilən beynəlxalq sərginin açılış mərasimi baş tutub. Tədbirə qatılan 1000-ə yaxın qonaq Bakı Limanının stendi ilə tanış olub və onun fəaliyyəti, qurulmaqda olan Ələt Azad Ticarət Zonası, Azərbaycanın hab konsepsiyası və s. barədə ətraflı məlumatlanıblar.

Həmin gün keçirilmiş sessiyada Bakı Limanının Baş direktoru Taleh Ziyadov “Azərbaycanın böyük hab vizionunun Avrasiyada bağlantıya təsiri” mövzusunda təqdimatla çıxış edib.

IAPH-in illik ümumi toplantısında baş direktor 2018-ci ildə konfransın Bakı şəhərində keçirilməsinə dəstək vermiş hər kəsə təşəkkür edib və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın salamlama məktubunu iştirakçıların diqqətinə çatdırıb. Birinci vitse-prezidentin müraciətində Azərbaycanın qeyri-neft sektorunun inkişafına, xüsusilə Yeni İpək Yolu çərçivəsindəki layihələrə diqqət yetirildiyi vurğulanıb.

“Bu mənada nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr Azərbaycan, eləcə də region üçün xüsusi əhəmiyyət daşıyır. Müasir Bakı Limanının tikintisi və onun ətrafında yaradılan azad ticarət zonası ölkəmizi regionda nəqliyyat və logistikanın mərkəzinə çevirmək məqsədi daşıyır. İnanıram ki, aşırma gücü ildə 25 milyon ton yük və 1 milyon konteynerə çatacaq bu nəhəng layihənin gözəl gələcəyi olacaq”, - deyə müraciətdə qeyd olunub.

Daha sonra Azərbaycana və Bakı Limanına həsr olunmuş qısa film nümayiş olunub və 2018-ci ildə qonaqlar Bakıda keçirilən tədbirə dəvət edilərək, onlara Bakı Limanı və Azad Ticarət Zonası, ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəkləri bildirilib.

Konfrans çərçivəsində Bakı Limanının 2018-ci ildə dünya limanları toplantısına ev sahibliyi etməsi münasibəti ilə yerli və xarici mətbuat üçün xüsusi mətbuat konfransı keçirilib və eyni zamanda Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

2018-ci il mayın 8-11-də “Gələcəyin Limanları: mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi” adı altında baş tutacaq bu konfrans MDB məkanında ilk dəfə Azərbaycanda keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın beynəlxalq təşkilatların nümayəndələri, liman rəhbərləri, nəqliyyat və logistika sahəsində ixtisaslaşmış ekspertlərin ölkəmizə səfər etməsi gözlənilir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2010-cu ildən etibarən Beynəlxalq Limanlar Assosiasiyasının üzvüdür.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.