Le Pen "Milli Cəbhə"nin sədri vəzifəsinə qayıtdı
15 may, 2017 15:55
Fransanın "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen prezident seçkilərində iştirakı ilə bağlı müvəqqəti ayrılmasından sonra yenidən partiyadakı işinə dönüb.
1news.az TASS-a istinadla xəbər verir ki, bunu partiyanın sədri vəzifəsini icra etmiş deputat Stev Briua deyib:
“Le Penin mənə göstərdiyi etimada görə qürur duyuram. Bu gün o, partiyanın sədri vəzifəsinə qayıdır”.
Qeyd edək ki, Marin Le Pen prezident seçkilərinin ikinci turunda 33,9 faiz səs toplayaraq rəqibi Emmanaul Makrona uduzub. İndi onun partiyası parlament seçkilərinə hazırlaşır.
Pərvanə Sultanova