Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.
1news.az-ın məlumatına görə, o, Amar Pelos Dois mahnısını ifa edib və 758 xalla birinci yerə layiq görülüb.
Azərbaycan təmsilçisi Diana Hacıyeva isə “Skeletons” mahnısı ilə 120 xal toplayaraq müsabiqədə 14 yeri tutub.
Qeyd edək ki, İtaliya və Portuqaliya Azərbaycana 12 xal verib. Gürcüstan və Yunanıstan Azərbaycana 10 xal, San-Marino, Moldova, Bolqarıstan 5 xal, Ukrayna 6 xal, Macarıstan və Belçika 4 xal, Albaniya 2 xal, İrlandiya, Kipr, Polşa isə 1 xal verib. Ümumilikdə münsiflər tərəfindən Diana Hacıyevaya 78 xal verilib.
Tamaşaçı səsverməsi Azərbaycana 42 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqədə 120 xal toplayıb.
Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib.
Müsabiqənin ikincisi 615 xalla Bolqarıstan, üçüncüsü isə 374 xalla Moldova olub.
Gələn il “Eruovision” yarışmasına Portuqaliya ev sahibliyi edəcək.
1news.az