Azərbaycan üzgüçüsü çempion oldu
14 may, 2017 20:58
Azərbaycan üzgüçüsü Maksim Şembyarov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
1news.az xəbər verir ki, təmsilçimiz 1500 m məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini geridə qoyub.
Onun finaldakı vaxtı 15:07,29 olub.
Gümüş medal indoneziyalı Aflah Pravira, bürünc medal isə türk üzgüçü Ediz İldırımeruya qismət olub.
1news.az