“Bakı-2017”nin bədii gimnastika yarışında gürzlərlə hərəkətlərdə Azərbaycan gimnastı Marina Durunda 16.550 xalla gümüş medala layiq görülüb.
1news.az xəbər verir ki, yarışda fəxri kürsünün ən yüksək pilləsinə Özbəkistan gimnastı Anastasiya Serdyukova qalxıb. O, 16.900 xal toplayıb. Üçüncü yeri isə onun həmyerlisi Sabina Taşkenbayeva (16.300) tutub.
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə qadın təmsilçimiz İrina Kindzerska da gümüş medal qazanıb.
1news.az xəbər verir ki, qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska finalda türkiyəli rəqibi Kayra Sayıta məğlub olaraq gümüş medalla kifayətlənib.
İrina Kindzerska 2013-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının bürünc mükafatçısıdır. 2012-ci il London Yay Olimpiya Oyunlarını beşinci yerdə başa vuran idmançımız dəfələrlə cüdo üzrə Qran-pri turnirlərinin qalibi və mükafatçısı olub.
1news.az