İslamiadada Ruslan Lunyovun ikinci qızıl medalı
14 may, 2017 18:21
Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə Azərbaycan idmançısı Ruslan Lunyov özünün ikinci, ölkəmizin 12-ci qızıl medalını qazanıb.
1news.az-ın məlumatına görə, o, atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş açma yarışının qalibi olub. Ruslan Lunyov hamıdan yüksək nəticə göstərərək qızıl medala sahib olub.
Gümüş medalı Türkiyə idmançısı Murad Kılıç, bürünc mükafatı isə Oman atıcısı Səid Əl Haşimi qazanıb.
Qeyd edək ki, Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəş açma yarışında hamıdan dəqiq olub - (581-25 xal).
1news.az