Vəba epidemiyasından 115 nəfər dünyasını dəyişib
14 may, 2017 17:02
Yəməndə vəba epidemiyası yayılıb.
1news.az-ın RİA Novostiyə-ə istinadən məlumatına görə, aprelin sonlarından bu günə qədər bu xəstəlik səbəbindən 115 nəfər dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatı də bunla bağlı həyəcan təbili çalıb, təşkilatın hesabatında 51 nəfər Yəmən sakininin dünyasını dəyişdiyi bildirilir.
Ölkənin səhiyyə idarəsi bildirib ki, Yəmən xəstəxanaları artıq vəba xəstələri ilə doludur, 14 quberniyada 8,5 min xəsətliyə yoluxma fakt qeydə alınıb.
1news.az