Çində güclü zəlzələ baş verib: çoxlu bina dağılıb, 8 nəfər ölüb
11 may, 2017 09:48
Çinin Sincan Uyğur Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində azı 180 bina tam və yaxud qismən dağılıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 8 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.
Yerli vaxtla saat 01:00-da qeydə alınan 5,5 ballıq zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bu regionda tez-tez zəlzələ baş verir və böyük itkilərlə nəticələnir.
S.Xankişiyeva