Saatlıda zəlzələ olub
11 may, 2017 09:17
Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı məlumat açıqlayıb.
1news.az-a Mərkəzdən verilən xəbərə görə, yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 5.3, dərinliyi 39 km olub.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
Həmçinin zəlzələ Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.
S.Xankişiyeva