Dünya Turizm Təşkilatının baş katibi “Dostluq” ordeni ilə təltif edilib
11 may, 2017 18:22
Prezident İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifai “Dostluq” ordeni ilə təltif edilsin”.
1news.az