Tramp FTB-nin direktorunu vəzifəsindən azad edib
10 may, 2017 09:41
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komini vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin rəhbəri Şon Spayser bildirib.
O qeyd edib ki, Prezident Donald Tramp bu gün FTB direktoru Ceyms Komini səlahiyyətlərinin başa çatması və vəzifədən uzaqlaşdırılması barədə məlumatlandırıb.
Komi prezident Barak Obama tərəfindən 2013-cü ildə FTB rəhbəri vəzifəsinə 10 illik müddətinə təyin olunmuşdu.
Pərvanə Sultanova