Lənkəran sakini evində kirayə qalan bacı və qardaşı döyüb
09 may, 2017 11:54
Lənkəran sakini evində kirayə qalan tələbə bacı və abituriyent qardaşı döyüb.
1news.az Apa-ya istinadən xəbər verir ki, Lənkəranda Kiçik bazar deyilən ərazidə kirayədə qalan Lerik sakinləri Qorxmaz Hüseynov və bacısı Gülay döyülmə xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Onlar xəstəxanaya təcili tibbi yardım maşını ilə çatdırılıblar. Qardaş-bacını evində kirayə qaldıqları Şaiq adlı şəxsin döydüyü bildirilir.
Fakt araşdırılır.
1news.az