Şəki sakini sirkə turşusunun qurbanı oldu
09 may, 2017 16:22
Sirkə turşusundan zəhərlənən Şəki sakini dünyasını dəyişib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, mayın 7-də Şəki rayonunun Turan qəsəbə sakini Elçin Məmmədov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 8-də orada ölüb.
Babək Cahandarov