Xəbərlər

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
08 may, 2017 21:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 50-180, Lənkəran-Astara bölgəsi çaylarında isə  20-60  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, mayın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 432 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 407 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 191 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, mayın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb,  Salyan və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 sm (2016-cı il mayın 08-də 433 sm), Şirvanda 205 sm, Salyanda 135 sm (2016-cı il mayın 08-də 247 sm), Bankədə 167 sm (2016-cı il mayın 08-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 56 sm (2016-cı il mayın 08-də 150 sm) təşkil edir. 

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.