"Türk axını"n da tikinti başlayıb
08 may, 2017 09:31
Rusiyanın “Qazprom” şirkəti “Türk Axını”layihəsinin dəniz hissəsi üzrə boru xəttinin inşasına başlayıb.
1news.az “Anadolu”ya istinadla xəbər verir ki, “Qazprom” şirkəti layihə üzrə Qara dənizdən keçəcək boru xəttinin inşasını nəzərdə tutulan vaxtda başlayıb.
Qeyd edək ki, “Türk Axını”na dair hökumətlərarası razılaşma keçən ilin oktyabr ayında İstanbulda imzalanıb. Layihəyə əsasən hər biri ildə 15.75 milyard kubmetr tutuma sahib iki boru xəttinin inşa edilməsi planlaşdırılır. Birinci xəttin Türkiyəyə, ikincisinin isə Avropaya təbii qaz çatdırması nəzərdə tutulur.
Pərvanə Sultanova