Bildiyiniz kimi, yaxın günlərdə sosial şəbəkələrin ulduzu Canluka Vakki Bakı Şoppinq Festivalı ərəfəsində paytaxtımıza gəlmişdi.
Sosial şəbəkə istifadəçiləri həmişəki kimi iki düşərgəyə bölündü: bir hissə “rəqs edən milyonçunun” ölkəmizə təşrif buyurmasını böyük sevinclə qarşılasa da, digərləri onun gəlişinə heç də sevinmədi.
Qeyd edək ki, hazırda Canluka Vakkinin Instagram hesabında 9.200.000 istifadəçisi var.
İlk dəfə olaraq dünya KİV-i Vakki haqda 2016-cı ilin avqustunda bəhs etdi. Belə ki, o, sevgilisi Corciya Qabriela ilə Riki Martinin “La Mordidita” hitinin sədaların altında rəqs edirdi.
İlk baxışdan dünya mətbuatı C.Vakkiyə “rəqs edən baba” ləqəbini yazsalar da, daha sonra onun SEA Societa Europea Autocaravan SpA şirkətinə rəhbərlik etməsi, eləcə də Fin Vacchi Finanziaria Vacchi-nin direktorlar şurasına üzv olmasını biləndən sonra, ona “rəqs edən milyonçu” deyə qeyd etdilər.
Azərbaycan KİV-inə verdiyi müsahibəsində Vakki qeyd edib ki, 45 yaşınadək adi işgüzar adam olub. Daha sonra həyatını kökündən dəyişmək qərarına gəlib. Bunun üçün o, öz işindən ayrılmayaraq şou-biznes qatılıb, eləcə də idman, istirahət və əyləncələrə böyük əhəmiyyət verib.
Öz həyat tərzini “GV Lifestyle” inisiallarları ilə adlandıraraq, hətta “Enjoy” adlı kitab da həsr edib. Bu kitabda Vakki qeyd edib ki, həyat hər gün zövq bəxş etməlidir.
Sosial şəbəkələrdə Vakkinin Bakıya gəlişi ətrafında müzakirələrə hələ də səngimək bilmir. Bununla bərabər o, mətbuat konfransı keçirərək, qeyd edib ki, yenidən Bakıya turist kimi gəlmək niyyətindədir. Belə ki, o, buradakı insanların mehribanlığı, eləcə də qonaqpərvərliyinə heyrandır.
Tərcümə: S.Xankişiyeva