Somalidə "Aş-Şabab"ın lideri məhv edilib
07 may, 2017 20:16
Somalidə "Aş-Şabab" terror qruplaşmasının lideri və 3 üzvü məhv edilib.
1news.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin İnformasiya Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında deyilir ki, mayın 5-i Somali Milli Ordusu "Aş-Şabab"ın lideri Moalim Osman Əbdi Badili və 3 silahlını məhv edib.
Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terror qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
1news.az